Bakıda "QAZel markalı avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi "QAZel markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.