Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.
Komitədən Unikal.org-a bildiriblər ki, görüşdə hər iki qurum arasında şəhərsalma planlaşdırılması sənədlərinin hazırlanması üzrə uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd edilib. Həmçinin gələcəkdə birgə reallaşdırılması mümkün olan layihələrin potensial istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.