Qızların birinin anası "Təmiz Dünya Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalovanı məhkəməyə verəcəyini açıqlayıb.
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində müəmmalı falçı qalmaqalının davamı tamaşaçılara təqdim edilib. Daha bir qız zorlandığını iddia edərək mikrafon qarşısına çıxıb. Falçının evində əsir qaldığını deyən xanım , günlərlə döyüldüyünü vurğulayıb. Daha sonra teleaparıcı Amil Xəlilin"bu məsələni kim ictimailəşdirdi?" sualına qızın anasından maraqlı cavab gəlib. "Bu işi ictimailəşdirən Mehriban Zeynalova olub. O mənim qızımı biabr edib!"
Ardınca Amil Xəlil adı çəkilən Mehriban Zeynalovanın yanına yollanıb."Təmiz Dünya Qadınların İctimai Birliyinin sədri bu açıqlamanı böhtan adlandırıb və belə davam edəcəyi təqdir də həmin xanımı məhkəməyə verəcəyini qeyd edib. Bundan əlavə xanım Zeynalovadan inanılmaz açıqlamalar gəlib."O qız saytlara çıxandan sonra bizə gəlib. Ümumiyyətlə səhər çıxıb axşam sığınacağa qayıdırdı. Bir dəfə dedim ki, ay qızım bura istədiyin vaxt gəlib, istədiyin vaxt gedə bilmərsən. Hətta o qız trama alana oxşamırdı. Deyirdi, gülürdü... Bizim psixoloqla belə söhbət etmədi..."
Falçının evindən çıxan qadın paltarlarına da açıqlama gəlib. Zorlandığını deyən qız geyimlərin ona məxsus olmasını boynuna alıb. Amma... Daha ətraflı təqdim etdiyimiz videoda izləyə bilərsiz.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv -də yayımlanır