Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü şəhər sakini Hüseynova Elnarə Çingiz qızı yaşadığı 10-cu mikrorayon ərazisində yolu keçmək istətəyərkən naməlum avtomobil tərəfindən vurulub.

O, müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər TTYX-ya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.