Mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlanıb.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
"Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür", - deyə Müdafiə Nazirliyindən bildirilib.