Gəncə şəhərində oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, mayın 12-də səhər saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.
Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi sübutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz RPİ-yə təhvil verilib.
Mağazaya daxil olan şəxsin Gəncə şəhər sakini Sərdar Pənahovun olduğu müəyyən edilib. Onun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.