Goranboy şəhərində piyadanı avtomobil vurub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, yolu keçmək istəyən 1959-cu il təvəllüdlü İsayev Əvəz hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yaralı qəzanı törədən sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.