Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.