Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrəyə səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, X.Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının İşçi Qrupunun 30-cu sessiyasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsində iştirak edəcək.

Azərbaycanla bağlı hesabat mayın 15-də müzakirə olunacaq.

Qeyd edək ki, bu, Universal Dövri Hesabat çərçivəsində üçüncü hesabat olacaq.