Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daha bir bələdiyyə sədrini cərimələyib.
Nazilriyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.
Reyd zamanı Oğuz rayonu Sincan bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Faktla bağlı Sincan bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş verilib.