Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək.
Unikal.org "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir. 
Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçriilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.