Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

"Ford markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.