Tovuz rayonunda dəryazla ot biçən gənc ehtiyatsızlıqdan xəsarət alıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini, 1999-cu il təvəllüdlü Murad Qəzənfər oğlu Məmmədov ot biçən zaman ehtiyatsızlıqdan dəryazla bud nahiyəsini kəsib. Xəstəxanaya yerləşdirilən gəncə ilkin tibbi yardım göstərilib. Həkimlər M.Məmmədovun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.