Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 18-də saat 22 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində kənd sakini Rizvan Şairov idarə etdiyi "QAZ-3110 markalı avtomobillə yolu keçən həmkəndlisi Xəlil Məmmədzadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.
 
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.