Daşkəsəndə yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza rayonda yerləşən Qoşqar dağı ərazisində baş verib. Hərəkətdə olan "Ural markalı yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

 Onlara tibbi yardım göstərilib.  Xəsarət almış şəxslərdən birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

 Faktla bağlı araşdırma aparılır.