Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org  Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, "Mersedes markalı avtomobillə "VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində Salyan şəhər B.Talıblı küçəsi, bina 1-də yaşayan 1974-cü il təvəllüdlü İmanova Xanım Fikrət qızı və onun qızı, 1996-cı il təvəllüdlü İmanova Nərmin Nurəddinqızı müxtəlif dərəcəli xəsarətlərlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.