Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliyinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.
Unikal.org "Timeturkə istinadən xəbər verir ki, bunu İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi ölkədə çıxan "Şərq qəzetinə müsahibəsində bildirib.
İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirilib ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə rəsmi Tehran Birləşmiş Ərəb Əmirliyinin "Crescent Petroleum neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozub.
İran Milli Neft Şirkəti ilə "Crescent Petroleum arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə vermişdi.