Gədəbəy rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kənd ərazisində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarəna aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.