Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

Unikl.org APA-ya istinadən xəbər verir ki, 23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.