Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki,  qəza zamanı "Nissan markalı minik avtomobili ilə "KamAZ markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan 1954-cü il təvəllüdlü sərnişin Allahverdiyev Sovet Salah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.