Ötən il dekabrın 17-də itkin düşən və meyitləri tapılan Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov hadisəsi ilə bağlı şok iddia irəli sürülüb.



Unikal.org-un məlumatına görə, "Everest" idman klubunun rəhbəri, peşəkar alpinist Rusif Bağırov meytlərin tapılmasıyla bağlı yayılan məlumatların şübhə doğurduğunu bildirib. İddia edib ki, itkin alpinistlərin meyitləri yayılan məlumatdakı kimi 4 metr deyil, 1,20-1,30 sm dərinlikdən çıxarılıb: 

"Alpinist dostlarımızın cəsədləri FHN-nin qeyd etdiyi kimi 4m dərinliyindən deyil, 1.20/30 cm dərinlikdən  çıxarılıb.

Bu da sübut: Belə hesab edirəm FHN məsələyə aydınlıq gətirməli və səhvlərini boyunlarına almalıdır.

Baş Prokurorluğ isə axtarışların hansı səviyyədə aparıldığını obeyktiv araştırmalı və axtarışların bu qədər uzanmasında günahı olan hər kim məshuliyyətə cəlb etməlidir.

Çünki, alpinistlərin cəsədləri çox şüpəli şəkildə anidən aşkar edilib və xüsusəndə xəbərin axşam saatlarında yayılması ayrı bir məsələdir".