Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.
Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:48-də qeydə alınıb.
Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.