Bu gün mayın 20-də saat 11.00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində-Ağdam istiqamətində düşmən silahlı qüvvələrinin bir əsgəri ölümcül güllə yarası alıb.
Unikal.org xəbər verir ki, Qondarma "dqr müdafiə nazirliyinin yaydığı məlumata görə 1999-cu ildə anadan olmuş əsgər Hamlet Qriqoryan "hələlik aydınlaşdırılmayan şəraitdə ölümcül güllə yarası alıb. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəşlə Naxçıvan istiqamətində Azərbaycan ordusunun bir əsgəri Tatarov Adil Əli oğlu şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi şəhidin qisasının tezliklə alınacağını bildirib.