Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 178-ci kilometrliyində Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Qobustan rayon sakini, 1960-cı il təvəllüdlü Nizami Heybət oğlu Teymurovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Qurban oğlu Abdullayevin idarə etdiyi "Nissan" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sərnişini 1954-cü il təvəllüdlü Sovet Salah oğlu Allahverdiyev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.