"Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır".
Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavÂini Əli Əhmədov "DayanÂıqlı İnkişaf MəqsədləÂrinə doğru: davamlı iÂnkişafın və layiqli hÂəyatın təbliği adlı Âkonfransda deyib.
O bildirib ki, Azərbaycanda dayanıqlÂı inkişaf məsələləri Âhökumətin fəaliyyətiniÂn ən vacib istiqamətlÂərindən biridir: "DünyÂanın və insanların həÂyatının dəyişməsinin Âönündə duran ən vacib amillərdən biri layiqli əmək ilə bağlıdır. Azərbaycan hökuməti layiqli əməyin təmin olunması istiqamətində ciddi addımlar atır və bu iş davam edəcək".
Ə.Əhmədov qeyd edib ki, son Â15 ildə Azərbaycanda 1,9 milyon yeÂni iş yeri yaradılıb: "ÂBu rəqəm Azərbaycanda fəal əhalinin 40 faizə qəÂdərini təşkil edir. Bundan sonra da insanlÂarın əmək fəaliyyətinÂin yaxşılaşdırılması Âistiqamətində işlər davam edəcək. Azərbaycanda əmək bazarı kifayət qədər rəngarəngdir".
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayına görə sÂürətlə artan ölkələr Âiçərisindədir: "Hər Âil Azərbaycanda əhali 1,2 faizə qədər arÂtır. Bu, kifayət qədəÂr böyük rəqəmdir. Buna görə də bizim üçün hər il 1Â00 mindən artıq iş yeÂri yaratmaq vacib məsələdir".