Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində dramatik anlar yaşanıb.
Unikal.org xəbər verir ki, zəngin sorağı ilə qəbiristanlıqa yollanan Amil Xəlil maraqlı mənzərə ilə qarşılaşıb.Bir nəfər halsız vəziyyətdə qəbiristanlıqda yatır və su içməyə belə taqəti qalmayıb . Teleaparıcı ilk öncə qonşuları daha sonra qəbiristanlıqda yaşayan Azər Bağırovu danışdırmağa çalışır. Məlum olub ki Azər Bağırovu bu hala qohumları salıb. "Mənim var yoxumu əlimdən aldılar." deyə Azər Bağırov kövrəlməyə başlayıb. Daha sonra verilişin komandası Səhiyyə nazirliyinə müraciət edərək onu xəstəxanaya yerləşdiriblər.
Qəbiristanlıqda yaşayan adamın həyat hekayəsini sizə təqdim edirik. Qeyd edək ki, verilişin ardı bu axşam saat 19-50 də Space Tv-də yayımlanacaq.