Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Unikal.org-un məlumatına görə, məktubda deyilir:
"Cənab Prezident. Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram.