Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov "Şücaətə görə medalı ilə təltif olunub.

Unikal.org ordu.az-a istinadən xəbər verir ki, medalı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin atası Əli Tatarova təqdim edib.

Xatırladaq ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.