Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramını qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, ETSN əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyublar, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da ölkənin inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. M. Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətlənÂdirib.
Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərmanı ilə təltif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.
Sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.