Yaponiya imperatoru Akihito Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Unikal.org-un məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.