Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana səfər edəcək.
Unikal.org xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.
"Bizim Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd edilən dövrdə Azərbaycan ilk rəsmi səfərimiz böyük əhəmiyyət daşıyır. Biz hər zaman Azərbaycanın yanında olmuşuq. Azərbaycan Prezidentinin iyulda Parisə səfərindən sonra, Fransa prezidenti Emmanuel Makron Azərbaycana gələcək", - deyə o bildirib.