Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, qəza zamanı Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü Süleymanov Vüsal Mahir oğlu və 1968-ci il təvəllüdlü Ələkbərov Vəli Nəsib oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.