ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına sadiq qalır.
Unikal.org-un məlumatına görə, bu barədə ABŞ Dövlət Katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.
Bəyanatda deyilir: "Birləşmiş Ştatlar hökumətinin və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam.
2018-ci il müsəlman əksəriyyətli ilk parlament respublikası və dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini ifadə edir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Ştatların qiymətli tərəfdaşı olub. Biz iki ölkə arasında çoxillik əməkdaşlığın davam etdirilməsini, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində birgə işimizin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq".