Xızıda 21 yaşlı gənc bıçaqlanıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Altıağac qəsəbəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Mustafayev Sahil Qorxmaz oğlu tanımadığı şəxs tərədindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılan gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.