"Azərbaycan Xalq Cümhiriyyətimin yaranması mühüm hadisə idi".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Dövlət başçısı xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti iiə təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, xalqımız müsəlman şərqində ilk respublikanın yaranması ilə haqlı olaraq fəxr edə bilər: "Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər və mütərəqqi xalqdır".
Prezident dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşdığını, onların adlarının əbədiləşdirildiyini, bir neçə il öncə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını, 2018-ci ilin isə ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunduğunu bildirib.