"Bizim siyasətimiz milli maraqlar üzərində qurulub".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Dövlət başçısı vurğulayıb ki, xalqın maraqları bizim siyasətimizin mənbəyidir. Prezident İlham Əliyev bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.
"Biz heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun".
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayıb.
Prezident qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır: "Bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyimizin qarantıdır.