Qətər Azərbaycana yeni səfirini təyin edib.
Unikal.org xəbər verir ki, Qətər əmiri Şeyx Həməd Tamim bin Həməd əl-Taninin fərmanı ilə bu vəzifəyə Zayed Səid Rəşid əl-Kumait əl-Xayarin (Zayed Saeed Rashid al-Kumait al-Khayareen) təyin olunub.
O, 2016-cı ilin oktyabrından Qətərin Azərbaycandakı səfiri vəzifəsini icra edən Yusuf bin Həsən əl-Saaini əvəz edəcək.
Qətərin Azərbaycandakı yeni səfiri daha əvvəl ölkəsinin İordaniyadakı səfiri vəzifəsində çalışıb.