Azərbaycan prezidenti İlham Əliyev Vud Endryu Marlinin "Dostluq ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un  məlumatına görə, Vud Endryu Marli "Xəzər Neft və Qaz sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Strahan Edvard Corc Dankan "Xəzər Neft və Qaz sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq ordeni ilə təltif edilib.