Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Unikal.org-un xəbərinə görə, məktubu Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman şərqində qadınlara seçib-seçilmək hüququ verən ilk respublika olub.

Prezident vurğulayıb ki, Azərbaycan qadınları ötən dövr ərzində təhsil, səhiyyə, mədəniyyətin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışıblar: "Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra da qadınlar öz aktivliyi ilə seçiliblər. Onlar ölkədə milli-mənəvi dəyərləri yaşadırlar. Azərbaycanda qadınlara qarşı ayrı-seçilik aradan qaldırılıb, onlara bərabər hüquqular verilib.