ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan prezidenti İlham Əliyevə məktub yollayıb.
Unikal.org-un xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident.
Azərbaycanın müstəqilliyinin 100 illiyi münasibətilə ATƏT-in Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Azərbaycana və onun xalqına uğur və rifah arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikası və ATƏT arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsini arzulayıram. Əmin olun ki, bizim təşkilat əlaqələrimizi daha da möhkəmləndirmək və islahatların genişləndirilməsi, bölgədə sülh və rifaha mane olan çağırışların dəf edilməsi istiqamətində Sizin ölkənizlə sıx işləmək əzmindədir.
Bakıya mart ayındakı səfərim zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.