Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, idarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev apa-ya bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb: "Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. "Kamaz arxadan "Mercedes, "Setra markalı sərnişin avtobusu isə "Kamaza çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər - sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.