Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb.
DGK-dən unikal.org-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Vaneo CDI" markalı minikavtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin alt hissəsində, xüsusi hazırlanmış saxlanc yerində 18 ədəd "36 Silver Chrysanthemum" və 16 ədəd "Roman Candle" markalı pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.