Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Karlar Cəmiyyəti İctimai Birliyinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və M.Tükənov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında M.Tükənovun 10 il müddətinə azadlıqda məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib.
M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, həmin ittihamları qəbul etmədiyini deyir.