Sumqayıt şəhərində mənzillərdən birindən çürümüş yaşlı qadın meyiti tapılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bir neçə gün bundan öncə şəhərin 3 -cü məhəllə ərazisində yaşayış binalarının birində baş verib.
Belə ki, mənzildən pis qoxunun gəldiyini və xeyli vaxtdır mənzilə gəlib gedənin olmadığını görən qonşular dərhal hüquq mühafisə orqanlarına məlumat veriblər. Hadisə yerə gələn polis əməkdaşları mənzildən
1938-ci il təvəllüdlü Yerina Qalina Makarovna adlı yaşlı qadının çürümüş meyitini tapıblar. Onun xeyli vaxtdır dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.