Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, təqribən, 30-35 yaşlarında olan kişi özünü kəndirlə asaraq öldürüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.