Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan "KİA markalı avtomobilin sürücüsü qəfil keçinib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.

Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.

Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.

Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.