Ötən gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.