Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, Ceyranbatan qəsəbəsinin yaxınlığında 3 minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır yaralananlar var.

Hadisə nəticəsində yolda olan işıq dirəkləri aşıb.

Bundan əlavə, uzun müddət avtomobillərin hərəkətində sıxlıq yaranıb.