Samuxda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonunun Sərkar kəndində 4 ha biçilmiş taxıl sahəsi və əraziyə yığılmış 16,5 ton ot bağlamasının 6 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.