Sumqayıtda minik avtomobilinin ayaqaltı hissəsində çörək daşınması ilə bağlı şəkillər yayılıb. Araşdırmamız zamanı məsələ təstiqini tapıb. Həmin avtomobilin sürücüsünün çörəyi niyə o cür daşıdığı öyrənilib
Unikal.org XəzərTv-yə istinadən məlumat verir ki, o, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseyinovdur. Adil Hüseyinov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.
İstənilən halda çörək bərəkətdir, təzəsi də, köhnəsi də müqəddəs sayılır. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.
Adil Hüseynov bundan sonra çörək daşıyarkən gigiyena qaydalarına daha diqqətlə yanaşacağını bildirib.